CÜDO YIĞMAMIZDAN BÜRÜNC MEDAL - FOTO

CÜDO YIĞMAMIZDAN BÜRÜNC MEDAL - FOTO
Digər, Cüdo, Foto
25 Aprel 2016 - 11:27


Rusiyanın Kazan şəhərində cüdo üzrə komandalar arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu alınıb.

Supersport.Az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız 1/8 final mərhələsində Latviya millisi ilə üz-üzə gəlib.

Rəqibinə 4:1 hesablı qalib gələn yığmamız 1/4 finala yüksəlib. Burada Polşaya 2:3 hesabı ilə uduzan komandamız təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında Yunanıstan millisinə 3:2 qalib gələn yığmamız bürünc medal uğrunda Fransa ilə üz-üzə gəlib. Bu görüşdən də 3:2 qalib ayrılan Azərbaycan millisi çempionatın bürünc medallarına yiyələnib.

Qeyd edək ki, yarışdan sonra yığmamızın üzvlərinə Avropa çempionatının bürünc medalları təqdim olunub. Cüdoçularımız fəxri kürsüdə bütün komanda şəklində əsgər salamı verməsi ilə diqqət çəkib.

C2C4C5C3

Digər xəbərlər