SON GÜN BÜRÜNC MEDAL - VİDEO

SON GÜN BÜRÜNC MEDAL - VİDEO
Digər
18 Aprel 2016 - 11:05
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edib.

Son yarış günündə millimiz 1 bürünc medala sahib çıxıb.

98 kq çəkidə yarışan yunan-Roma güləşçimiz Şalva Qadabadze Estoniyadan olan rəqibi Ardo Arusaarla gərgin keçən görüşü minimal hesabla uduzaraq Olimpiya vəsiqəsini qazana bilməyib. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə Şalva Finlandiyadan olan Tumas Lahtini mübarizədən kənarlaşdırıb. Bürünc medal görüşündə isə güləşçimiz Belarusdan Timafey Dzeiniçenka ilə qarşılaşıb. Bərabər hesabla bitən görüşdə qalib gələn Şalva Qadabadze Avropa təsnifat turnirinin bürünc medalına sahib olub.

98 kq (yunan-Roma)
1/8 final - Şalva Qadabadze - Ardo Arusaar (EST) 2:3
Təsəlliverici görüş - Şalva Qadabadze - Tumas Heikki Juhani Lahti (FİN) 6:1
Bürünc medal görüşü - Şalva Qadabadze - Timafey Dzeiniçenka (BLR) 1*:1

https://www.youtube.com/watch?list=PLLIZMJVQNqsAqt6E8Spa6bFtyBX_M0Akp&v=aLgqr9NuxiY

 

Digər xəbərlər