ALMANİYADA NÖVBƏTİ GÜMÜŞ

ALMANİYADA NÖVBƏTİ GÜMÜŞ
Digər, Taekvondo
11 Aprel 2016 - 12:24


Azərbaycan milli komandasının daha bir üzvü Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi "DTF Presidents Cup" beynəlxalq turnirində medal qazanıb.

Supersport.Az xəbər verir ki, G2 kateqoriyalı yarışa qatılan Məcid Sofiyev turniri fəxri kürsüdə başa vurub. 54 kq çəki dərəcəsində mübarizə aparan "Qəbələ" İdman Klubunun taekvondoçusu finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici döyüşdə məğlub olan Sofiyev yarışı gümüş medalla bitirib.

Bu, "Qəbələ" idmançılarının Bonnda təşkil olunan turnirdə 2-ci medalıdı. Sofiyevə qədər 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov da fəxri kürsüyə qalxıb. O, yarışın ilk günündə gümüş medal əldə edib. "Qəbələ"nin idmançılarından başqa, 53 kq-da mübarizə aparan xanım taekvondoçumuz Patimat Abakarova da medal qazanıb. O, turniri "bürünc"lə başa vurub.

Digər xəbərlər