"LOKOMOTİV" SEZONU BÜRÜNC MEDALLARLA BAŞA VURDU

"LOKOMOTİV" SEZONU BÜRÜNC MEDALLARLA BAŞA VURDU
Digər, Voleybol
10 Aprel 2016 - 13:03
Voleybol üzrə qadınlar arasında Super Liqada 2015/16 mövsümünə yekun vurulub. Bürünc medal uğrunda son oyunda "Lokomotiv" "Azəryol"la üz-üzə gəlib və gözlənildiyi kimi görüş "dəmiryolçuların" asan qələbəsiylə başa çatıb - 3:0.

Supersport.Az xəbər verir ki, hər üç setdə müqavimətsiz qalib gələn Karlo Parisinin yetirmələri bu qələbə sayəsində seriyada qələbələrin sayını 3-ə çatdıraraq bürünc medala yiyələnib. Bununlada "Lokomotiv" tarixində 5-ci dəfə Superliqnın fəxri kürsüsündə yerini almış olub. Xatırladaq ki, Superliqa tarixində 3 dəfə gümüş medallara yiyələnən "dəmiryolçular" ikinci "bürüncünü" qazanmış oldu.

 

Digər xəbərlər