ŞUMAXERDƏN İKİ QƏLƏBƏ

ŞUMAXERDƏN İKİ QƏLƏBƏ
Digər, Formula-1
10 Aprel 2016 - 12:45


Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik dünən Mizanoda başlayan Formula4 çempionatın ilk mərhələsində iki ardıcıl qələbə qazanıb.


Supersport.Az-ınF-1.az-a istinadən xəbər verir ki, Mik atasına xas olan stildə İtaliyanın Mizano trasında bu həftəsonu start götürən milli Formula4 çempionatında debüt edib. Birinci yarışın sıralanma turunda ikinci olan Mixaelin oğlu ikinci yarışın sıralanma turunda öz qrupunda rəqiblərini darmadağın edib – Mik ən yaxın rəqibi Yan Rodrigesi 1.7 saniyə qabaqlayaraq poul əldə edib.

Birinci yarışda (A və B qrupları) pouldan Markos Zibert start alıb. Mik işıqforun start siqnalına yaxşı reaksiya versə də, ilk döngəyə birinci girə bilməyib. Amma artıq dördüncü dövrədə poulun sahibini qabaqlayıb və ondan uzaqlaşmağa başlayıb. Zibert isə döngələrin birində səhvə yol verdiyi üçün Raul Quzman və Xuan Manuel Koreanı da buraxmalı olub. Finişdə Mikin üstünlüyü 2 saniyədən çox olub.

İkinci yarışın (B və C qrupları) startından bir qədər əvvəl yağış başlayıb, ona görə də start Təhlükəsizlik Maşınının arxasında verilib. Yaşıl bayraqlardan sonra Mik liderliyini qoruya bilib və finişə qədər üstünlüyünü artırıb. Finişdə almaniyalı gənc sürücü Yob van Eyreti 3 saniyə qabaqlayıb, üçüncü yeri isə Mikin komanda yoldaşı Diyeqo Bertonelli qazanıb.

Bazar günü səhər A və C qruplarının iştirakçıları üçüncü yarışın startına çıxacaqlar. Nahardan sonra 36 sürücünün iştirakı ilə final yarışı keçiriləcək.

Digər xəbərlər