AVROPA LİQASINDA 1/4 HƏYƏCANI

AVROPA LİQASINDA 1/4 HƏYƏCANI
Futbol
07 Aprel 2016 - 08:55
Bu gün Avropa Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.

Supersport.Az-ın məlumatına görə, 1/4 finalın hər dörd oyunu bu axşam baş tutacaq.

"Qəbələ" ilə eyni qrupda mübarizə aparmış "Borussiya" (Dortmund) öz meydanında "Liverpul"u qəbul edəcək. Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) isə evdə "Sevilya"nı sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 finalın cavab görüşləri bir həftə sonra keçiriləcək.

 

 
7 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

23:05. "Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)

23:05. "Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya)

Digər xəbərlər