SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ İLK GÜNDƏ 2 QIZIL,1 GÜMÜŞ MEDAL QAZANDI

SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ İLK GÜNDƏ 2 QIZIL,1 GÜMÜŞ MEDAL QAZANDI
Digər, Güləş
02 Aprel 2016 - 22:15
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Dörd yarış gününün yekununa görə yığma komandamızın aktivində 1 qızıl, 2 gümüş və 5 bürünc medal var.

Supersport.Az xəbər verir ki, çempionatın beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə ardıcıl olaraq Makedoniyadan Elmedin Sejfulau, Bolqarıstandan Mehmed Feraim, yarımfinalda isə Rusiyadan İbrahim İlyasov ilə görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda güləşçimiz Türkiyədən Barış Kaya üzərində inamlı qələbə qazanıb və çempionatın qızıl medalına sahib olub.

74 kq-da güləşçmiz Murad Süleymanov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Gürcü Taiel Qafrindaşvili, İsraildən Hanoc Raçamin, Latviyadan Alberts Jurçenkonu mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda Belarus təmsilçisi Raman Çitadzeni də tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda Murad Türkiyə təmsilçisi Muhammet Kotanoğlu ilə görüşü uduzaraq çempionatın gümüş medalına sahib olub.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev də finala qədər inamla güləşib. Ardıcıl olaraq macar Balasz Attila Juhasz, Rusiyadan Zaynulla Kurbanov, yarımfinalda isə Ukrayndan Murazi Mçedlidzeni mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Nurməhəmməd Polşa təmsilçisi Mateusz Filipczakla qarşılaşıb. Cəmi 54 saniyədə rəqibinə böyük üstünlüklə məğlub edən güləşçimiz U-23 Avropa çempionatının qızıl medalına sahib olub.

57 kq
1/8 final - Mircəlal Həsənzadə - Elmedin Sejfulau (MKD) 11:0
1/4 final - Mircəlal Həsənzadə - Mehmed Zeyti Feraim (BUL) 12:2
1/2 final - İbrahim İlyasov (RUS) - Mircəlal Həsənzadə 2:6
FİNAL - Barış Kaya (TUR) - Mircəlal Həsənzadə 4:7

65 kq
1/8 final - Gergely Zsolt Babzsky (HUN) - Teymur Məmmədov 0:6 (tuşe, 48 san)
1/4 final - Teymur Məmmədov - Aleksander Semisorov (GER) 2:3

74 kq
1/16 final - Murad Süleymanov - Tariel Qafrindaşvili (GEO) 16:6
1/8 final - Hanoc Raçamin (ISR) - Murad Süleymanov 0:10 (67 san)
1/4 final - Alberts Jurcenko (LAT) - Murad Süleymanov 2:4
1/2 final - Raman Çitadze (BLR) - Murad Süleymanov 0:11
FİNAL - Muhammet Nuri Kotanoğlu (TUR) - Murad Süleymanov 5:2

97 kq
1/8 final - Balasz Attila Juhasz (HUN) - Nurməhəmməd Hacıyev 0:10
1/4 final - Zaynulla Kurbanov (RUS) - Nurməhəmməd Hacıyev 4:6
1/2 final - Murazi Mçedlidze (UKR) - Nurməhəmməd Hacıyev 2:7
FİNAL - Mateusz Filipczak (POL) - Nurməhəmməd Hacıyev 0:10 (54 san)

Digər xəbərlər