MİLLİ KOMANDAMIZ İTALİYADA TƏLİM-MƏŞQ TOPLANIŞINI DAVAM ETDİRİR

MİLLİ KOMANDAMIZ İTALİYADA TƏLİM-MƏŞQ TOPLANIŞINI DAVAM ETDİRİR
Digər, Boks
02 Aprel 2016 - 10:06
Türkiyənin Samsun şəhərində keçiriləcək boks üzrə Olimpiya oyunlarının təsnifat yarışlarına ciddi hazırlaşan Azərbaycanın boks üzrə həm kişi, həm də qadınlardan ibarət milli komandaları martın 27-dən etibarən İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışını davam etdirir.

Supersport.Az xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında hazırlıq keçən kişilərdən ibarət komandamızın heyətində Rüfət Hüseynov, Elvin Məmişzadə, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov məşqlərini davam etdirirlər. Komandamızın böyük məşqçisi Nəriman Abdullayev saytımıza verdiyi açıqlamada hazırlığın plana uyğun şəkildə, yüksək templə davam etdiyini dilə gətirib. O, artıq sparrinq döyüşlərin keçirildiyini də vurğulayıb.

Qadınlardan ibarət millimizə gəlincə, Əzizə Abbasova, Anaxanım Ağayeva, Ayzamat Hacıyeva, Məryəm Cəbrayılova və Viktoriya İsmayılova baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında İtaliyaya yollanıb.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 6-a qədər davam edəcək.

Digər xəbərlər