ELNUR MƏMMƏDLİYƏ DTX-DƏ VƏZİFƏ VERİLDİ

ELNUR MƏMMƏDLİYƏ DTX-DƏ VƏZİFƏ VERİLDİ
Digər, Cüdo
30 Mart 2016 - 08:59
Pekin Olimpiadasının qızıl medalçısı, cüdoçumuz Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb.

Supersport.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub. Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər.

Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

 

Digər xəbərlər