GÜLƏŞÇİLƏRİMİZ YADİGAR İMAM KUBOKU UĞRUNDA TURNİRİN GÜMÜŞ MEDALINA SAHİB OLUB

GÜLƏŞÇİLƏRİMİZ YADİGAR İMAM KUBOKU UĞRUNDA TURNİRİN GÜMÜŞ MEDALINA SAHİB OLUB
Digər, Güləş
28 Mart 2016 - 20:55
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Bu dəfəki turniri digərlərindən fərqləndirən isə yeniyetmələr arasında ilk dəfə komanda yarışı xarakterli olması idi.

Supersport.Az xəbər verir ki, yarışda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, İraq, Macarıstan, Qırğızıstan, Suriya, Ukrayna və İran komandaları mübarizə aparıb.
Yunan-Roma güləşi yarışlarında ölkəmiz iki komanda ilə təmsil olunub. Əsas yığmanın üzvləri qrupda keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici görüşdə İran güləşçilərinə uduzan komandamızın üzvləri turnirin gümüş medallarına layiq görülüb. Digər komanda isə son görüşdə Macarıstan yığmasını məğlub edib və turniri 9-cu sırada başa vurub.

Sərbəst güləş üzrə yığmanın üzvləri isə turniri 5-ci sırada tamamlayıb. Güləşçilərimiz son görüşdə Gürcüstan yığmasını üstələyib

Digər xəbərlər