TİFLİS QRAN-PRİSİNDƏ İKİNCİ GÜNDƏ DƏ UĞURSUZLUQ

TİFLİS QRAN-PRİSİNDƏ İKİNCİ GÜNDƏ DƏ UĞURSUZLUQ
Digər, Cüdo
26 Mart 2016 - 22:48
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə qran-pri yarışı davam edir. Supersport.Az xəbər verir ki, qran-prinin ikinci günündə tatami üzərinə 3 cüdoçumuz çıxıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fəqan Quluzadə ilk qarşılaşmasında Səudiyyə Ərəbistanının cüdoçusu Məhəmməd Əl Hərbini məğlub edib. Lakin növbəti qarşılaşmasında Şimali Koreya təmsilçisi Kuk Hyon Honqa məğlub olaraq mübarizəni dayandırıb.

81 kq çəki dərəcəsində çıxış edən hər iki idmaçımız – Rütəm Alimli və Ziya Namazov isə ilk qarşılaşmalarında məğlub olublar.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunur.

Digər xəbərlər