CÜDOÇULARIMIZDAN UĞURSUZ START

CÜDOÇULARIMIZDAN UĞURSUZ START
Digər, Cüdo, Foto
25 Mart 2016 - 16:57
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə qran-pri yarışına start verilib. Supersport.Az xəbər verir ki, 3 gün davam edəcək yarışda millimizin aparıcı üzvlərindən bəziləri iştirak etmir.

Belə ki, yığmamızın baş məşqçisi Peter Zayzenbaxer cüdoçularımıza istirahət verib. Tiflis qran-prisinin ilk günündə tatami üzərinə 3 təmsilçimiz çıxıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk qarşılaşmasında belarusiyalı Arif Bağırova qalib gəlsə də, ikinci gürüşündə məğlub olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Elbrus Zamanov isə ilk çıxışını məğlub başa vurub.

48 kq çəki dərəcəsində tatami üzərinə çıxan Aişə Qurbanlı da ilk qarşılaşmasında məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatılacağı yarışda millimiz 12 idmançı ilə təmsil olunur.

C4C2C1

Digər xəbərlər