MİLLİMİZ LİXTENŞTEYNİ "BOMBALADI"

MİLLİMİZ LİXTENŞTEYNİ "BOMBALADI"
Futbol
24 Mart 2016 - 19:41

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Lixtenşteyn komandası ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 8:0. Xaqani Sadıqovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Bəşir Aylarov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev fərqlənib.



Yığmamız növbəti oyununu martın 26-da, Bakı vaxtı ilə saat 13:30-da Malta komandasına qarşı keçirəcək.

Digər xəbərlər