DÜNYA FUTBOLUNUN ƏFSANƏSİ ÖLDÜ

DÜNYA FUTBOLUNUN ƏFSANƏSİ ÖLDÜ
Futbol
24 Mart 2016 - 16:52
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun əfsanələrindən biri vəfat edib.

Söhbət niderlandlı Yohan Kruyffdan gedir. Futbol mütəxəssisi 68 yaşında ağciyər xərcəngindən dünyasını dəyişib.

Kruyff 1991-ci ildə ürəyindən cərrahiyyə əməliyyatı olunmuş və uzun müddət çəkdiyi siqareti atmışdı.

Qeyd edək ki, karyerası ərzində "Ayaks", "Barselona" kimi məşhur klublarda çıxış edən Kruyff, "Total futbol"un ulduzu idi. Mütəxəsssi bu komandaların baş məşqçisi də olub.  

Digər xəbərlər