"BARSELONA" ARDA TURANI CƏZALANDIRDI

"BARSELONA" ARDA TURANI CƏZALANDIRDI
Futbol
24 Mart 2016 - 14:57
İspaniya klubunda çıxış edən Türkiyə milli komandasının aparıcı futbolçusu cəzalanıb.

Supersport.Az-ın məlumatına görə, buna səbəb "Barselona"nın üzvü Arda Turanın məşqə gecikməsidir.

Klubun intizam kodeksinə əsasən futbolçular məşqdən bir saat əvvəl bazada, oyundan saatyarım əvvəl stadionda olmalıdırlar.

"Barselona"nın məşqinə ilk dəfə vaxtında çatmayan futbolçu 200 avro cərimələnir. İkinci və üçüncü gecikməyə görə müvafiq olaraq 400, 800 avro ödəməli olurlar.

Oyunlara nəzərdə tutulan vaxtda gəlməyənlər isə daha çox cərimələnirlər. İlk dəfə bunu edənlər 400, ikinci gecikməyə görə isə 1600 avro ödəmək məcburiyyətində olurlar.

Bu mövsüm Jerard Pike ən çox cəzalanan futbolçudur. Onu iki braziliyalı Neymar və Adriano izləyir. Türkiyəli futbolçu Arda Turan dördüncüdür. Cərimələr xeyriyyə işlərinə sərf olunur.

"Barsa"nın kapitanı Andres İnyesta, Leo Messi, Serxio Buskets və Xavyer Maşerano isə örnək davranışı ilə seçildiyi üçün heç bir cəza görməyib.

Bu mövsüm cəzalanan futbolçular:

1. Jerard Pike 6200 avro
2. Neymar 1200 avro
3. Adriano 1000 avro
4. Arda Turan 600 avro

Digər xəbərlər