AZƏRBAYCAN CÜDOÇULARI TİFLİSƏ YOLLANIRLAR

AZƏRBAYCAN CÜDOÇULARI TİFLİSƏ YOLLANIRLAR
Digər, Cüdo
23 Mart 2016 - 19:14
Martın 25-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri start götürəcək. Supersport.Az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın baş məşqçisi Peter Zayzenbaher qonşu ölkədə 13 cüdoçumuzu sınaqdan keçirəcək. Belə ki, o, Qran-pridə Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq),Tərlan Kərimov, Telman Vəliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (73 kq), Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlıya (48 kq) şans verəcək.

Yarışda ümumilikdə 71 ölkədən 431 cüdoçu mübarizə aparacaq.

Digər xəbərlər