"CAVAB OYUNUNDA DA AQRESSİV VƏ İSTƏKLİ OLMALIYIQ"

"CAVAB OYUNUNDA DA AQRESSİV VƏ İSTƏKLİ OLMALIYIQ"
Futzal
23 Mart 2016 - 11:00
Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirilən Niderland - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perez affa.az-a açıqlama verib.


"Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, ilk görüşdəki kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik".

Digər xəbərlər