PARALİMPİYAÇILARIMIZDAN NÖVBƏTİ MEDAL

PARALİMPİYAÇILARIMIZDAN NÖVBƏTİ MEDAL
Digər
20 Mart 2016 - 20:44
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə komandasının idmançıları Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci “FƏZZA” qran-pri turnirində uğurlu çıxışlarını davam etdirirlər.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Elmir Cəbrayılov və Yelena Çebanu 200 metr qaçışda qızıl, Samir Nəbiyev disk atma idman növündə qızıl, Rüfət Rəfiyev nüvə atma idman növündə qızıl, Elçin Muradov 200 metr qaçışda gümüş, İslam Qəhrəmanzadə nizə tullama idman növündə bürünc medallara sahib olublar.

Qeyd edək ki, idmançılarımız bu günədək qran-pridə 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Yarışlar davam edir.

Digər xəbərlər