AYŞƏN ABDULƏZİMOVA: "MƏNİM İNDİKİ DURUMDA OLMAĞIM AZƏRBAYCANLI HƏKİMLƏRİN SƏHLƏNKARLIĞININ NƏTİCƏSİDİR"

AYŞƏN ABDULƏZİMOVA: "MƏNİM İNDİKİ DURUMDA OLMAĞIM AZƏRBAYCANLI HƏKİMLƏRİN SƏHLƏNKARLIĞININ NƏTİCƏSİDİR"
Digər, Voleybol
16 Mart 2016 - 00:23
Ayşən Abduləzimova voleybol üzrə Azərbaycan yığmasının əsas simalarından biridir. Son günlər ortalıqda görünməməsi xeyli diqqət çəkirdi.


Supersport.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycanda həkim müayinəsindən keçən xanım idmançının qanına Bakıdakı xəstəxanalardan birində həyat üçün təhlikəli virus yoluxdurulub.


Hələlik xəstəxananın adını açıqlamayan Ayşən Abduləzimova bildirib ki, indi bu haqda danışmaq istəmir:


“Mənim indiki durumda olmağım azərbaycanlı həkimlərin səhlənkarlığının nəticəsidir. Mən adi bir problemi həll eləmək, müalicə etdirmək üçün ölkədən çıxmaq istəmədim, amma Azərbaycanın həkimləri mənə daha böyük səhhət problemi yatdılar. Çiynimdə yüngül zədə vardı. Onu aradan qaldırmaq üçün qısamüddətli müalicə kursu keçməli idim. Çiynimdəki problemi həll edə bilmədikləri bir yana, üstəlik qanıma ağır virus saldılar. Həkimlərin diqqətsizliyi üzündən Bakıda olduğum müddətdə qolum tam hərəkətsiz qaldı. Barmaqlarımı belə tərpədə bilmədim. Vəziyyətim çox ağırlaşdı. Məni bu vəziyyətdə boş yerə üç həftə Azərbaycanda saxladılar. Sonradan öyrəndim ki, əslində qalmamalıyam. Üstəgəl müalicəm də düzgün aparılmır. Ölkədə boşu-boşuna saxlanmağım vəziyyətimi hədsiz ağırlaşdırıb. Müainə üçün Türkiyəyə gəldim. Həkimlər dedilər ki, müalicə mərhələsinə yubandığıma görə çiynimdə ağır açıq əməliyyat aparılmalıdır. Əməliyyat uğurla keçsə də azərbaycanlı həkimlərin yaratdığı daha problemim çözülməmiş qalırdı. Qanıma yoluxan virusun yuyulması üçün isə uzunmüddətli müalicə kursu keçməliyəm”.


Virusunun yuyulması üçün müalicə kursuna başlanıb. Bu çətin olduğu qədər də ağır müalicə mərhələsi idi deyə idmançı bildirib. İndiyə qədər çox böyük məbləğdə vəasit sərf olunduğunu söyləyən müsahibimiz gündə səkkiz dəfə sistem altında yatmalı olduğunu deyib:


“İlk mərhələdə sağalacağıma ümidimizi tam itirmişdik, amma indi deyəsən yavaş-yavaş normala dönürəm. Ümid edirəm ki, müalicələrimi bitirib yenidən idmana qayıda biləcəyəm”.

 

Digər xəbərlər