DAVİD TREZEGE BAKIDA!

DAVİD TREZEGE BAKIDA!
Futbol
10 Mart 2016 - 18:26


1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.

Supersport.Az-ın AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, ötənlərin məşhur futbolçusunun paytaxtımıza səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir.

Fan klubun tədbiri sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək.

Fransalı ulduzun martın 11-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.

Digər xəbərlər