Supersport.Az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib.
İtaliyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı “axmaq” adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalından gedib.
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi bəyanat yayaraq, bu addımı qətiyyətlə pisləyib, De Byazinin Azərbaycan idman mediasından üzr istəməsini tələb edib.