Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatıb.
Supersport.Az saytının məlumatına görə, son oyun günündə 1 matç keçirilib. Penaltilər seriyasında qalib gələn “Şəfa” II təsnifat mərhələsininin sonuncu iştirakçısı olub.
Paytaxt klubu 2-ci təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
20 noyabr (bazar ertəsi)
“Şəfa” – “Şəmkir” – 1:1 pen – 5:3
Qollar: Sahib Cümşüdov, 26-pen (1:0), Elgün Namazov, 58 (1:1)
Qırmızı vərəqə: Elcan Rəhimov, 75 (“Şəmkir”)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu
19 noyabr (bazar)
“Ağdaş” – “Cəbrayıl” – 0:2
“Şəki Siti” – “Kür-Araz” – 1:2
“Bakı Sportinq” – “Kürmük Qax” – 6:0
18 noyabr (şənbə)
“Füzuli” – “Lerik” – 0:1
“Qusar” – “Şahdağ Qusar” – 0:0 (penaltilər seriyası – 4:5)
“Göygöl” – “Dinamo” – 2:1
II təsnifat mərhələsi
“Şəfa” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik” – “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”
Qeyd edək ki, II raundun oyunları 28-30 noyabr tarixlərində baş tutacaq.