Supersport.Az xəbər verir ki, Avro-2024 seçmə mərhələsi çərçivəsində Brüsseldə, “King Baudouin Stadium”da keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bölüşüb.
“Oyundan əvvəl dediyim kimi, ağır oyun gözləyirdi bizi. Elə də oldu. Güclü rəqibə qarşı mübarizə apardıq. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq.
Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər”.