Supersport.Az xəbər verir ki, Brüsseldə Avro-2024-ün seçmə mərhələsinin Belçika – Azərbaycan oyunundan əvvəl himnimizin səsləndirilməməsi səbəbindən AFFA rəhbərliyi qarşı tərəfə etirazını bildirib. Qurum rəsmiləri, himnimiz səslənməyəcəyi təqdirdə, millimizin meydanı tərk edəcəyini bəyan edib. Belçika, stadionda Azərbaycanın himnini səsləndirməyə məcbur olub.
Xatırladaq ki, Brüsseldə matç başlamaq ərəfəsində Azərbaycanın yox, İsveçin himni səsləndirilmişdi.