Supersport.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsində bu gün Brüsseldə, “King Baudouin Stadium”da təşkil olunan Belçika – Azərbaycan oyununun startından əvvəl ölkəmizə qarşı hörmətsizlik edilib. Matç başlamazdan əvvəl qonaq komanda olan Azərbaycanın yox, İsveçin himni səsləndirilib.
“Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bu haqda açıqlama verib.
O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb: “Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının kapitanı Romelu Lukaku üzr istədi. Dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin”.