“Neftçi” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirib.
Supersport.Az saytının məlumatına görə, Azərbaycan klubu Bakıda “Zenit”i qəbul edib. Bu matçda “ağ-qaralar”ın yetirməsi Ruslan Abışov futbolla vidalaşıb.
“Neftçi” “Zenit”i 2:1 hesabıyla məğlub edib.
Bu komandaların Rusiyada mövsümöncəsi turnirində”Zenit” qələbə qazanmışdı-3:1.
Yoldaşlıq oyunu
18 noyabr
21:00. “Neftçi” – “Zenit” – 2:1
Qollar: Reziuan Mirzov, 9 (1:0), Du Keyros, 56 (1:1), Reziuan Mirzov, 62 (2:1)
Baş hakim: Rauf Cabbarov
“Neftçi Arena”