Supersport.Az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov Respublika stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.
“İlk hissədə çox risk etmədik. Fasilədən sonra özümüzü bir az çətinə saldıq. Futbolçular alqışa və bundan çoxuna layiqdirlər. Milli komanda uduzanda da tam dəstək vermək lazımdır. Hər matçda tam gücümüzü meydanda qoyuruq. Bu gün də meydanda ürəyimizi qoyduq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq.
Bazar günü Belçikaya qarşı ağır qarşılaşmamız olacaq. Bu matça da yaxşı hazırlaşacağıq”.