Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununu keçirib.
Supersport.Az saytının məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız İsveç yığması ilə qarşılaşıb.
Bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.
Bakıda gözlənilmədən Azərbaycan İsveçə futbol dərsi keçib: 3:0.
Əlavə edək ki, hazırda milli komandamız 6 oyundan 4 xalla qrupda 5 komanda arasında dördüncü, İsveç isə 7 xalla üçüncüdür.
Avro-2024, seçmə mərhələ
IX tur
16 noyabr
21:00. Azərbaycan – İsveç 3:0
Qollar: Emin Mahmudov 3, 89, Renat Dadaşov 6
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu