Supersport.Az xəbər verir ki, UEFA, Almaniyada təşkil olunacaq Avro-2024-də istifadə olunacaq rəsmi topu Berlin Olimpiya stadionunda təqdim edib.
“Adidas” firması tərəfindən istehsal olunan top Almancada “Fussballliebe”, tərcümədə “futbol sevgisi”dir.
Texnologiya sayəsində topun hər hərəkəti qeydə alınacaq və bunun hakimin VAR-da qərar verməsinə kömək edəcək.
Qeyd edək ki, Avro-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.