Supersport.Az xəbər verir ki, “Turan Tovuz”un U-10 komandası Gəncə şəhərində Azərbaycan Respublikasının əməkdar futbol məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnirin qalibi olub.
Tovuz komandası ilk oyunda Gəncə təmsilçisi “Lokomotiv” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Finalda isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Turan” turnirin baş mükafatına sahib olub.
