Supersport.Az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu ərəfəsində milli komandanın futbolçusu Emin Mahmudov açıqlama verib:
“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək.
Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. İlk oyundakı məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.