Supersport.Az-ın əldə etdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin balansına verilən Xankəndi şəhər stadionunda yenidənqurma işləri sürətlə davam etdirilir və dekabrda “Qarabağ” ev oyunlarndan birini bu idman arenasında keçirəcək.
Məlumatda bildirilir ki, Ağdam klubu Xankənkəndidə Azərbaycan Premyer Liqasının matçını yox, ölkə kubokunun oyununu keçirməyi planlaşdırıb.
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin qarşılaşmaları 18-19 noyabrda keçiriləcək.
Noyabrın 19-da ikinci liqada yarışan “Ağdaş” və “Cəbrayıl” komandaları ölkə kubokunda mübarizəyə başlayacaq. Bu oyunun qalibi 28-30 noyabr tarixlərindən birində II təsnifat mərhələsində birinci liqada liderlər sırasında qərarlaşan MOİK-lə qarşılaşacaq. Bu matçda güclü olan komanda isə 21 dekabrda Xankəndi stadionunda 1/8 final raundunun oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.