AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç, 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Supersport.Az xəbər verir ki, Canni De Byazi yığmaya 27 futbolçu çağırıb. İlk dəfə Səbuhi Abdullazadə ilə Turan Manafov milliyə dəvət alıb.
Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə).
Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan).
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).
Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə, 19-da isə səfərdə Belçika ilə qarşılaşacaq.