Supersport.Az Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ”-“Bayer 04″ matçından videogörüntü hazırlayıb.
FIFA referisi, 44 yaşlı baş hakim Kreyq Pouson alman klubunun baş məşqçisi Xabi Alonsoya simpatiya bəslədiyini göstərib. Mütəxəssis dəfələrlə texniki zonanı keçsə də, referilər tərəfindən şifahi xəbərdarlıq edilib, cəzalandırılmayıb. Kreyq Pousona Saymon Bennett və Li Betts kömək ediblər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirib. VAR-da Carred Gillett, AVAR-da isə Maykl Solsberi olub.
