Supersport.Az xəbər verir ki, atletimiz dünya birinciliyində çıxış edəcək.
15-23 noyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək. 70-ə yaxın ölkədən 310 (171 kişi+139 qadın) atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının bir üzvü də qatılacaq.
Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.
