Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaq “Bayer”in Bakıda açıq məşq, mətbuat konfransı keçirməməsinə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov münasibət bildirib. Mütəxəssis hesab edir ki, bu, hörmətsizlik deyil və sıx qrafiklə bağlıdır.
