Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Bakıda Azərbaycanın “Qarabağ” və Almaniyanın “Bayer 04” klubları arasında oynanılacaq UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun matçını Leverkuzen təmsilçisinin azarkeşləri də canlı izləyəcəklər. Almaniyadan gələn 200 fanat qonaq komandaya dəstək verəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
