Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun növbəti matçları keçirilib.
Supersport.Az xəbər verir ki, “Qalatasaray” Almaniyada “Bayern”lə qarşılaşıb. Türkiyə çempionu 1:2 məğlub olub.
“Kopenhagen” “Mançester Yunayted”i xalsız yola salıb.
Turnirin favoritlərindən olan “Real Madrid” “Braqa”ya qalib gəlib.
A qrupu
00:00 “Bayern” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1
00:00 “Kopenhagen (Danimarka) – Mançester Yunayted” (İngiltərə) 4:3
B qrupu
00:00 “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
00:00. PSV (Niderland) – “Lans” (Fransa) 1:0
C qrupu
21:45 “Napoli” (İtaliya) – “Union Berlin” (Berlin, Almaniya) 1:1
00:00 “Real Madrid” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
D qrupu
21:45. “Real Sosyedad” (İspaniya) – Benfika” (Portuqaliya) 3:1
00:00 “Zalsburq (Avstriya) – “İnter” (İtaliya) 0:1