Bakıda Azərbaycanın “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun hakim təyinatları açıqlanıb.
Supersport.Az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi, 44 yaşlı təcrübəli baş hakim Kreyq Pousona Saymon Bennett və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da Carred Gillett, AVAR-da isə Maykl Solsberi olacaqlar.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.