Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadənin mətbuat konfransı noyabrın 8-i saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:00-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
“Bayer”in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.
