Supersport.Az “Neftçi”nin mətbuat xidmətinə istinadla məlumat verir ki, komandanın qapıçısı Emil Balayev reabilitasiya prosesinin son mərhələsi üçün Türkiyənin İstanbul şəhərinə gedib və bir neçə gündən sonra vətənə qayıdacaq. Futbolçunun qış təlim-məşq dönəmində fərdi olaraq hazırlıqlara başlayacağı planlaşdırılır.
