Supersport.Az xəbər verir ki, ölkə çempionatında bu gün keçiriləcək oyunlar təxirə salınıb. Ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçiriləcəyindən noyabrın 7-də keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaların vaxtının dəyişdirilməsi qərarı alınıb.
Azərbaycan voleybol qurumu təxirə salınmış oyunların keçiriləcəyi tarix haqqında məlumat verəcək.
