UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Bayer Leverkuzen” (Almaniya) oyununa bilet satışı davam edir.
Supersport.Az saytının əldə etdiyi məlumata görə, qarşılaşma üçün artıq 23 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
“Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq. VİP-ə biletlər 100-250 manatdır.
Qeyd edək ki, noyabrın 9-da 31 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Bayer Leverkuzen” matçı saat 21:45-də başlayacaq.