Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatının 14-cü turunda “Varajdin”lə oyunda xallar itirib.
Bu oyunda 1:1 hesabı qeydə alınıb.
Mahir Emreli 75-ci dəqiqədə meydana buraxılıb və son dəqiqədə bərabərlik qolunu vuraraq komandasını məğlibiyyətdən xilas edib.
“Dinamo” hazırda turnir cədvəlində 23 xalla 3-cü pillədədir.



