Supersport.Az-ın məlumatına görə, Xankəndi erməni terrorçularından təmizləndikdən sonra şəhərin stadionunda bərpa işləri aparılır.
Qeyd edək ki, Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanıb və 1 il sonra istifadəyə verilib. Arena ilk dəfə İosif Stalinin adını daşısa da, sonradan “Stepanakert stadionu” adlandırılıb. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılıb. Ordumuz Xankəndini də erməni işğalından azad edib. Xankəndinin stadionu süni örtüklüdür və tutumu 15 minlikdir.