Supersport.Az xəbər verir ki, Türkiyədə Superliqanın 11-ci turunda Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” səfərdə “Sivasspor”la qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb.
Ş.Məhəmmədəliyevin adı siyahıda olsa da, meydana buraxılmayıb. Hazırda “Adana Dəmirspor” 21 xalla 3-cü pillədədir.
