Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tur başa çatıb.
Supersport.Az saytının məlumatına görə, son oyun günündə daha 2 matç keçirilib.
Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. Paytaxt klubu 2 qolla qalib gəlib.
Digər matçda isə “Zirə” “Sabah”ın qonağı olub. Meydan sahibi komanda 42-ci dəqiqədə Emmanuel Apeh qovulduğu üçün azlıqda qalıb. “Zirə” 90+1-ci dəqiqədə Rüstəm Əhmədzadənin qoluyla qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XII tur
5 noyabr (bazar)
16:00. “Qəbələ” – “Neftçi” – 0:2
Qollar: Dieqo Valdez, 60, Rəhman Hacıyev, 90+4
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Zirə” 0:1
Qol: Rüstəm Əhmədzadə 90+1
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev
Masazır stadionu
3 noyabr (cümə)
“Səbail” – “Turan Tovuz” – 2:1
4 noyabr (şənbə)
“Sumqayıt” – “Araz-Naxçıvan” – 2:0
“Qarabağ” – “Kəpəz” – 7:1