Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün son oyununa çıxıb.
Supersport.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla qüvvəsini sınayıb. Millimiz 1:3 məğlub olaraq mükafatsız qalıb.
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda isə Qazaxıstana 2:3 hesabı ilə uduzub.