Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu keçirilir.
Supersport.Az-ın məlumatına görə, ilk olaraq “Qarabağ” “Kəpəz”i qəbul edib. Ağdam klubu rəqibinə 7:1 hesabıyla dərs keçib.
Günün digər matçında “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XII tur
16:00. “Qarabağ” – “Kəpəz” 7:1
Qollar: Yassin Benzia, 2 (1:0). Leandro Andrade, 13 (2:0), Yassin Benzia, 15 (3:0), Adame Niane, 18 (3:1), Olavio Juninyo, 37 (4:1), Yassin Benzia, 43 (5:1), Leandro Andrade, 51 (6:1), Nəriman Axundzadə, 63 (7:1)
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt stadionu
Qeyd edək ki, turun “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları noyabrın 5-də keçiriləcək. Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.