Supersport.Az-ın məlumatına görə, “Neftçi” PFK-nın əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib. Hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb. Məlumatı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi verib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 5-i, saat 16:00-da Qəbələdə şəhərin eyni adlı kollektivi ilə üz-üzə gələcək.